İqtisadiyyat və idarəetmə fakültəsində “İqtisadi inkişafda yeni qlobal trendlər” adlı seminar keçirilib İqtisadiyyat və idarəetmə fakültəsində “İqtisadi inkişafda yeni qlobal trendlər” adlı seminar keçirilib

, baxılıb - 451 dəfə

   Bakı Mühəndislik Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsində  keçirilən elmi seminarda Elmi işlər üzrə prorektor dosent Elçin Süleymanov və fakültənin əməkdaşları iştirak ediblər. Seminar iştirakçılarını açılış nitqi ilə salamlayan fakültənin dekanı Mayis Əzizov seminara müvəffəqiyyətlər arzulayıb. O, elmi müzakirələrin aparılmasının əhəmiyyətindən bəhs edərək qeyd edib ki, müəllimləri elmi araşdırmalara təşviq etmək və bu araşdırmaların müzakirəsinin aparılması məqsədi ilə təşkil olunan seminarların ayda bir dəfə keçirilməsi planlaşdırılıb.

   İlk seminar Dünya iqtisadiyyatı və Biznesin idarə edilməsi kafedrasının təşkilatçılığı ilə dosent Murad İsgəndərovun təqdimatında “İqtisadi inkişafda yeni qlobal trendlər” mövzusunda keçirilib.

   İqtisadi inkişafın elmi-metodoloji aspektlərinin analizlərini verdikdən sonra dünya iqtisad tarixində və müasir dövrdə iqtisadi inkişafın əsas səciyyəvi xüsusiyyətlərindən danışan iqtisadçı alim yeni dövrdə, xüsusən inkişaf etmiş ölkələrdə ortaya atılmış yeni qlobal çağırışlardan bəhs edərək “Sənaye-4”ə keçid imkanları, onun kənd təsərrüfatında yaratdığı yeni meyillər və “Aqro-4”ün dünya ərzaq təhlükəsizliyinə verəcəyi töhfələrin ümidverici olduğunu vurğulayıb.

   Azərbaycanda iqtisadiyyatın inkişafı üçün ölkə başçısı tərəfindən düzgün strategiyanın seçildiyini və beynəlxalq rəsmi qurumların statistikasında ölkəmizin uğurlu mövqeyə sahib olmasının qürurverici olduğunu xüsusi vurğulayan alim ölkəmizdə “Sənaye-4” və “Aqro-4” modellərinin tətbiq imkanlarının mümkünlüyü üzərində duraraq, bu sahədə təhsil və elm çevrələrinə xüsusi fəallıq düşdüyünü söyləyib.

   Təqdimatın sonunda dosent Murad İsgəndərov mövzu ilə əlaqəli dinləyicilərin suallarını cavablandırıb və elmi müzakirələr aparılıb.

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 
 

©2019