İqtisadi Əməkdaşlıq Elm Fondu (ECOSF)-nun prezidenti BMU-ni ziyarət etdi İqtisadi Əməkdaşlıq Elm Fondu (ECOSF)-nun prezidenti BMU-ni ziyarət etdi

, baxılıb - 141 dəfə

  May ayının 12-də ölkəmizin də üzv olduğu və baş ofisinin Pakistanın paytaxtı İslamabadda yerləşən İqtisadi Əməkdaşlıq Elm Fondu (ECOSF)-nun presidenti professor Manzoor Hussain Soomro Bakı Mühəndislik Universitetinin qonağı olmuşdur. Qeyd edək ki, ECOSF iqtisadi inkişafa gətirib çıxaran elm və texnologiyanın təşviqi üçün ixtisaslaşmış təşkilatdır.

  Universitetin rektoru, professor Havar Məmmədov qonağı salamlayaraq ona universitetin fəaliyyət istiqamətləri, inkişaf yolu və hədəfləri barədə ətraflı məlumat verib. Rektor bildirib ki, BMU dövlət, iş dünyası və beynəlxalq təşkilatlarla yüksək səviyyəli əməkdaşlıq edir. Çalışırıq ki, sənaye müəssisələrinə elmi köməklik göstərək, onlar üçün yüksək səviyyədə və müasir tələblərə cavab verən kadrlar hazırlayaq.  Müəssisələr isə öz növbələrində kadr hazırlığının yüksək səviyyədə həyata keçirilməsi üçün universitetin maddi-texniki bazasının güclənməsinə və tələbələrin istehsalat təcrübəsi keçməsinə şərait yaratsın. Universitetin kadr hazırlığında əsas prioritet sahələrindən biri də mühəndislik olduğunu qeyd edən rektor, Azərbaycanın dünyaya inteqrasiya, həmçinin, ölkədaxili yanaşmalarında mövcud və perspektiv strategiyasında innovasiya iqtisadiyyatının inkişaf etdirilməsi ən aktual məsələlərdəndir. İstər innovasiya iqtisadiyyatının  formalaşdırlması, istərsə də ənənəvi sənaye sahələrinin inkişafında mühəndislərin rolu çox əhəmiyyətlidir. Xüsusilə, dinamik inkişaf edən ölkə kimi, eləcə də qloballaşma şəraitində mühəndis hazırlığı işi Azərbaycan və region ölkələri üçün daha da aktuallaşır. Nəzərə alsaq ki, dünyada geniş vüsət alan innovativ yanaşmalar, öz növbəsində intellektual kapitalın da rolunu artırır. Bu isə biznes və sənaye müəssisələri ilə bigə layihələr əsasında həyata keçirilən, başqa sözlə, bazarın peşəkarları ilə elmi-tədqiqat və təhsil müəssisələrində çalışan müətəxəssislərin  birgə yanaşmaları prinsiplərinə əsaslanan fəaliyyətləri zəruri edir. Davamlı inkişaf və rəqabətlilik qabiliyyəti yüksək olan xidmət və ya məhsulların hazırlanması prosesində mühüm rol oynayan mühəndislərin hazırlanması və inkişafı, o cümlədən onların işgüzar şəbəkəsinin formalaşması baxımından bu istiqamətdə əhəmiyyətli məqamlardan olan mühəndislik ixtisaslarının standartlaşdırılması, akreditasıyası və peşəkarlıq sisteminin inkişafı universitetimiz üçün əhəmiyyətli məsələlərdəndir və bu sahələrdə beynəlxalq təcrübəyə ehtiyacımız var. Bu səbəbdən də biz sizlərlə əməkdaşlıq edərək beynəlxalq təcrübəni daha dərindən və praktik olaraq öyrənməyi təmin etməyi düşünürük deyə rektor qeyd edib.

   Qonaq isə öz növbəsində səmimi qəbula və ətraflı məlumata görə universitetin rektoruna öz təşəkkürünü bildirərək ölkəsi ilə Azərbaycan arasında olan yüksək səviyyəli əlaqələrdən söz edib. Daha sonra qonaq prezidenti olduğu ECOSF təşkilatı və bu təşkilatın gördüyü işlər haqqında ümumi məlumat verdi. ECOSF-in təşkilatçılığı ilə gələcəkdə həyata keçiriləcək layihələrdə BMU-nun da yer almasını arzuladıqlarını dilə gətirdi. Qonaq eyni zamanda mühəndislik ixtisaslarının standartlaştırılması, akreditasiyası və universitet-iş dünyası əməkdaşlıqları istiqamətində ölkəsinin və bir sıra Asiya ölkələri təcrübələrinin universitetimiz tərəfindən öyrənilməsinə dəstək verə biləcəklərini bildirdi. Universitetimiz pedogoji fakültəsində hazırlanmaqda olan gənc müəllimlərin fərqli ölkələrin təcrübələrini öyrənmək üçün bu ilin avqust ayında Çində təşkil olunacaq “Gənc müəllimlərin təlimi” proqramında iştirak etmələrini tövsiyə etdi. Qonaq universitetimizin rektorunu bir heyətlə birlikdə ölkəsinə işgüzar səfərə dəvət etdi. Rektor səmimi dəvətə görə qonağa təşəkkür edərək belə bir səfərin reallaşmasını arzuladıqlarını bildirdi.

  Sonda BMU-nun rektoru professor Havar Məmmədov qonağa hədiyyə təqdim edib və xatirə şəkli çəkdirib.

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018