İntellektual çempionatda Bakı Mühəndislik Universitetinin komandası qalib gəlib İntellektual çempionatda Bakı Mühəndislik Universitetinin komandası qalib gəlib

, baxılıb - 209 dəfə

Təhsil Nazirliyi və Azərbaycan İntellektual Klublar Assosiasiyasının birgə təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında “Nə? Harada? Nə zaman?” formatında intellektual çempionat keçirilib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən çempionatda respublikanın 28 ali təhsil müəssisəsinin komandası iştirak edib. Yarışın keçirilməsi gənclərin yaradıcı və intellektual inkişafına təkan verilməsi, tələbələrin intellektual fəaliyyətə daha geniş miqyasda cəlb edilməsi və asudə vaxtlarının səmərəli təşkil olunması məqsədi daşıyıb.

Çempionatın nəticələrinə əsasən, Bakı Mühəndislik Universitetinin komandası birinci, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının komandası ikinci, Azərbaycan Dövlət İqtisad Universitetinin komandası isə üçüncü yeri tutub.

Qaliblərə kubok, medal və sertifikatlar təqdim olunub.

http://mektebgushesi.az/2017/12/21/intellektual-cempionatda-baki-muhəndislik-universitetinin-komand

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018