İnnovasiya ekosisteminin qurulması mövzusunda seminar Bakı Mühəndislik Universitetində öz işini  davam etdirir. İnnovasiya ekosisteminin qurulması mövzusunda seminar Bakı Mühəndislik Universitetində öz işini davam etdirir.

, baxılıb - 561 dəfə

"İnnovasiya ekosisteminin qurulması" mövzusunda seminar ikinci günündə Bakı Mühəndislik Universitetində öz işini yüksək səviyyədə davam etdirir. Tədbirdə Nazirliklərin, Dövlət və özəl müəssisələrin, Ali təhsil müəssisələrinin nümayəndələri iştirak edir. Seminarı giriş sözü ilə Bakı Mühəndislik Universitetinin rektoru, professor Havar Məmmədov açdı. Rektor  qonaqları və tədbir iştirakçılarını salamlayaraq qeyd etdi ki, belə bir tədbirin Bakı Mühəndislik Universitetində keçirilməsindən çox şadam.

 

Bildiyiniz kimi dünən Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, İqtisadiyyat Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının və Bakı Mühəndislik Universitetinin təşkilatçılığı ilə keçirilən "İnnovasiya ekosisteminin qurulması" mövzusunda seminar işə başlamışdır. Seminara dünyada innovasiyaların inkişafı üçün ən yaxşı ekosistemə malik olan Silikon Vadisində fəaliyyət göstərən Stanford Universiteti və Berkeley Universitetindən, Qlobal Katalist şirkətindən mütəxəssislər, eləcə də MDB məkanında tanınmış vençur fondlar və startaplar dəvət olunublar.  Hörmətli tədbir iştirakçıları, universitetlərin biznes və dövlət qurumları ilə birgə əməkdaşlığı nəticəsində elmin inkişafına, yüksək texnologiyaların yaradılmasına, innovasiya ekosisteminin formalaşmasına  və ən önəmlisi sosial-iqtisadi rifahın yüksəldilməsinə nail olmaq mümkündür. Universitet-biznes-dövlət əməkdaşlığını özündə cəmləşdirən, innovativ ekosistemin formalaşması və inkişafında ən əhəmiyyətli rol oyanayan sahibkarlıq universiteti modeli isə hal-hazırda daha da aktuallaşıb. Ölkəmizin inkişaf strategiyasında innovasiya iqtisadiyyatının bütün sahələrdə qurulması vurğulanır və bu səbəbdən də sahibkarlıq universitetlərinin ölkəmizdə formalaşdırılmasına da xüsusi əhəmiyyət verilir.

Sahibkarlıq universiteti deyəndə nəyi nəzərdə tuturuq?

  • İlk öncə sahibkarlıq universiteti tələbə və müəllim heyəti arasında sahibkarlıq vərdişlərini inkişaf etdirən və dəstəkləyən ali təhsil müəssisəsidir.
  • Eləcə də, yüksək ixtisaslı kadrların hazırlığını həyata keçirməklə yanaşı sənaye müəssisələri və digər təşkilatlarla yaxından əməkdaşlıq edib, elmin kommersiyalaşdırılmasına əhəmiyyət verən, universitetdə aparılan elmi tədqiqat və kadr hazırlığı işini sənayenin tələblərinə uyğun quran qurumdur.
    • Sahibkarlıq universitetinin əsas məqsədi universitetdə formalaşdırılan innovasiya və alınan patentləri sahibkarlıq subyektlərinə çevirməklə ölkənin iqtisadi inkişafına və innovativ ekosisteminin yaradılmasına, həmçinin maliyyə imkanlarının artmasına müsbət təsir göstərmək və bununla da elmin kommersiyalaşdırılmasına nail olmaqdır.

Qeyd edək ki, BMU  sahibkarlıq universiteti potensialına malikdir. Belə ki, gənc universitet olmasına baxmayaraq BMU öz kampusunda sahibkarlıq ənənəsinin yaradılması ilə bağlı bir çox işlər görmüşdür. Həmçinin, ölkədə yüksək ixtisaslı mühəndislərin yetişdirilməsi və mühəndis texnologiyalarının təkmilləşdirilməsi vəzifəsi də ölkə prezidenti tərəfindən bizə - Bakı Mühəndislik Universitetinə  tapşırılmışdır.

  • BMU universitet kimi Azərbaycanda ilk publik hüquqi şəxsdir və onun tərkibində Texnopark fəaliyyət göstərir. Qısa müddət ərzində Texnopark bir çox startap layihələrlə işləyib, onlara lazımi inkubasiya xidmətləri ilə dəstək verib.
  • BMU-da yüksək maddi-texniki baza yaradılmış və kampus sistemi qurulmuşdur.
  • BMU-nun gələcək inkişafı ilə bağlı kifayət qədər imkanlarımız vardır. Beləki, universitet sənaye və biznes təşkilatları ilə  birgə istifadə oluna biləcək geniş əraziyə malikdir və burda yüksək ixtisaslı, gənc və dinamik müəllim heyəti fəaliyyət göstərir.

 

Biz sənaye və biznes müəssisələri ilə əməkdaşlıq edərək innovasiya və sahibkarlığı inkişaf etdirməyi, bununla dövlət və cəmiyyət üçün səmərəli nəticələr əldə etmək istəyirik. Bunun üçün biz universitetimizdə yüksək texnologiya və sahibkarlıq təhsili imkanlarını genişləndirmək, startaplara daha çox dəstək vermək, innovasiya və sahibkarlıq mədəniyyətini daha da inkişaf etdirməyə çalışacağıq. 

Həmçinin biz yerli və qlobal məkanda sahibkarlıq, innovasiya və biliyin cəmiyyətə və sənayeyə ötürülməsini təbliğ etmək, universitetimizi sənaye ilə əlaqələndirərək texnoloji transfer mərkəzi və eləcə də elmi tədqiqatların kommersiyalaşdırılmasında maraqlı olan bütün tərəflər üçün tərəfdaş rolunu oynamaq və professor-müəllim heyətinə sahibkarlıq səylərində kömək etmək istəyirik. Biz bu seminarın  sahibkar universitet qurulmasında əhəmiyyətli rol oyanayacağına  inanırıq. Seminarın işinə uğurlar arzulayıram.

Açılış nitqindən sonra UC Berkeley universitetinin alimi Adam Sterlinq “ Vençur maliyyə bazarlarına giriş ”, GVA və Aleksey Qusev Rusiya Vençur şirkətinin nümayəndəsi Daniel Kozlov “ Rusiya Qazaxıstan və digər MDB ölkələrində İnnovasiya ekosisteminin təkamülü ”, Stanford Universitetindən Pedram Mokrian “ Vençur düşüncə tərzi ”, “ Vençur prossesinin tətbiqi anlayışı ”, Global İnnovation Catalyst şirkətinin nümayəndəsi Parham Holakouee “Azərbaycanın hazırki ekosisteminin diaqnostikası: imkanlar, aparıcı qüvvələr , məhdudiyyətlər” mövzularında məruzələri dinlənilib.  Kriptovalyuta və prespektivləri üzrə dinləyicilərlə məruzəçilər arasında diskusiya aparılıb.

  3 gün nəzərdə tutulan seminar sabah öz işini Bakı Mühəndislik Universitendə davam etdirəcək.

 

 

 

 

 

 

  

 

 

 

  

 

 

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 
 

©2020