İndoneziya səfiri BMU-da İndoneziya səfiri BMU-da

, baxılıb - 180 dəfə

Bakı Mühəndislik Universitetinin rektoru, professor Havar Məmmədov İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bəy Fanani, İndoneziyanın Malang İslam Universitetinin rektoru H. Maskuri, M.Si və həmin universitetin prorektorları ilə görüşüb. Görüşdə universitetin beynəlxalq əlaqələr üzrə prorektoru Azər İmanquluyev və universitetin beynəlxalq əlaqələr və lahiyələrin idarə olunması şöbəsinin müdiri Sevil İmanova iştirak edib. Rektor qonaqları salamlayıb və BMU-da görməkdən məmnunluqlarını bildiriblər. Qonaqlara BMU- haqqında geniş məlumat verən rektor bildirib ki, universitet yeni yaranmasına baxmayaraq bir çox beynəlxalq layihələrdə uğurla iştirak edib. Daha sonra İndoneziyadan gələn Malang İslam Universitetinin rektoru H. Maskuri, M.Si təmsil etdiyi təhsil müəssəsi haqqında BMU-nun rəhbərliyinə geniş məlumat verib. Görüşdə İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bəy Fənani BMU-da olmaqdan şad olduğunu deyib. O, Azərbaycan və İndoneziya arasında təhsil sahəsində mövcud olan əlaqələrin inkişafında BMU-nun xüsusi rol oynadığını vurğulayıb.Daha sonra İndoneziyanın Malang İslam Universiteti ilə əməkdaşlıq müqaviləsi imzalanıb. Qonaqlar BMU-nun laboratoriyaları, maddi texniki bazası ilə tanış olublar. Səfir səmimi qəbula görə BMU-nun rəhbərliyinə təşəkkür edib və gələcəkdə də təhsil sahəsində BMU–ilə əməkdaşlığı daha da inkişaf etdirəcəklərini bildirib.

http://stimulxeber.az/sosial/14189-ndoneziya-sefiri-bmu-da.html

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 
 

©2019