İndoneziya  səfiri  BMU-da İndoneziya səfiri BMU-da

, baxılıb - 237 dəfə

   Bakı Mühəndislik Universitetinin  rektoru, professor Havar Məmmədov İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bəy Fanani, İndoneziyanın Malang  İslam  Universitetinin rektoru  H. Maskuri, M.Si və həmin universitetin prorektorları ilə  görüşüb. Görüşdə  universitetin  beynəlxalq  əlaqələr üzrə prorektoru Azər İmanquluyev  və  universitetin  beynəlxalq əlaqələr və lahiyələrin idarə olunması şöbəsinin müdiri Sevil İmanova  iştirak edib. Rektor qonaqları salamlayıb və BMU-da görməkdən məmnunluqlarını bildiriblər.  Qonaqlara BMU- haqqında geniş məlumat verən rektor bildirib ki, universitet yeni yaranmasına baxmayaraq bir çox beynəlxalq layihələrdə uğurla iştirak edib. Daha sonra İndoneziyadan gələn Malang  İslam  Universitetinin rektoru  H. Maskuri, M.Si  təmsil etdiyi təhsil müəssəsi haqqında  BMU-nun rəhbərliyinə  geniş məlumat verib. Görüşdə  İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bəy Fənani BMU-da olmaqdan şad olduğunu deyib. O, Azərbaycan və İndoneziya arasında təhsil sahəsində mövcud olan əlaqələrin inkişafında BMU-nun xüsusi rol oynadığını vurğulayıb.

   Daha sonra İndoneziyanın Malang  İslam  Universiteti ilə əməkdaşlıq müqaviləsi imzalanıb. Qonaqlar BMU-nun laboratoriyaları, maddi texniki bazası ilə tanış olublar. Səfir səmimi qəbula görə BMU-nun  rəhbərliyinə təşəkkür edib və gələcəkdə də təhsil sahəsində BMU–ilə  əməkdaşlığı daha da inkişaf etdirəcəklərini  bildirib.

 

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018