İdman sahəsində uğurlarımız davam edir İdman sahəsində uğurlarımız davam edir

, baxılıb - 450 dəfə

Müstəqillik qazandığımız illərdən sonra idman sahəsində böyük irəliləyişə nail olunmuşdur. Məhz bunun bariz nümunəsi olaraq ölkəmizdə müxtəlif idman arenaları inşa olunur, beynəlxalq səviyyəli idman yarışları təşkil keçirilir. Dünya idman arenasında ölkəmiz özünə layiqli yer tutmağı bacarmışdır. 1-ci Avropa oyunları, Yeniyetmə cüdoçuların Avropa çempionatı, Bədii gimnastika üzrə dünya kuboku, Taekvondo üzrə Avropa lisenziya turniri, “GT3 və klassik Formula 1”, 2017 İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkilatçılığı ölkə başçımız İlham Əliyevin idman sahəsinə göstərdiyi diqqət və qayğısının bariz nümunəsidir.
Ölkəmizdə yeni idmançıların yetişməsi üçün bir sıra idman məktəbləri, eyni zamanda ali və orta təhsil müəssisələrində idman dərslərinin tədrisinə xüsusi yer ayrılmışdır.

Məhz belə fəaliyyətlərdən biri də Bakı Mühəndislik Universitetində fəaliyyət göstərən idman klubudur. İdman klubunun müəllimi və məşqçisi İftixar Məhərrəmov bizə verdiyi müsahibəsində bildirdi ki, klubun məqsədi milli əxlaqi dəyərləri aşılamaq, onları əməyə və vətəni müdafiəyə hazırlamaq, müasir mütəxəssisi bir şəxsiyyət kimi formalaşdırmaq məqsədi daşıyır.
Burada idmanın ayrı-ayrı növləri üzrə məşqlər keçirlir. Bu bölmələrdə məşğul olan tələbələr Azərbəycan Respublikası Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin keçirdikləri universiada və birinciliklərdə uğurla çıxış edərək, mükafatçılar sırasında yer tuturlar. İdman klubun universitet daxilində keçirdiyi yarışlar: 1.Universitetdə yeni daxil olmuş tələbələr arasında idman yarışları (voleybol, basketbol,tenis, şahmat, futbol);
2.Bölmələr arası futbol turniri; 3.Ayın idman qonağı (panel proqram); 4. Universitet Personalı üçün idman yarışları. Uğurlarımıza isə Ali təhsil müəssisələri arasında şahmat yarışında 2-ci yer və Ali təhsil müəssisələri arasında qızlar arası tenis çempionatında 1-ci yer daxildir.

Kamal Vələdov

 

http://tmm.beu.edu.az/2017/11/06/idman-sah%C9%99sind%C9%99-ugurlarimiz-davam-edir/

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 
 

©2020