Ümummilli Liderin anadan olmasının 95-ci ildönümü ilə bağlı keçirilmiş müsabiqənin nəticələri açıqlanıb Ümummilli Liderin anadan olmasının 95-ci ildönümü ilə bağlı keçirilmiş müsabiqənin nəticələri açıqlanıb

, baxılıb - 35 dəfə

     Bakı Muhendislik Universitetinin tələbəsi, o cümlədən Texnoparkda layihə rəhbəri Mehin Cebrayılova da qaliblər arasındadır.

Qalibləri təbrik edirik.

Ulu Öndər Heydər Əliyevin 95 illik yubileyi ilə bağlı İqtisadiyyat Nazirliyi tərəfindən tələbə, magistr və doktorantlar arasında təşkil edilən elmi məqalə müsabiqəsinə yekun vurulub. Mayın 12-də İqtisadiyyat Nazirliyinin nümayəndələrinin, KİV əməkdaşlarının və müsabiqə iştirakçılarının iştirakı ilə müsabiqənin nəticələri açıqlanıb.

Bununla əlaqədar keçirilən tədbirdə əvvəlcə Ümummilli Liderin həyat və fəaliyyətinə dair film nümayiş olunub.

İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov tədbirdəki çıxışında müstəqil Azərbaycanın qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ölkəmizin inkişafı üçün gördüyü mühüm işlərdən, dahi siyasət korifeyinin dövlətçiliyimizin möhkəmləndirilməsində və iqtisadiyyatın inkişafında əvəzsiz xidmətlərindən danışıb. Vurğulanıb ki, Azərbaycanı məhv olmaq təhlükəsindən xilas edən Ulu Öndər ölkəni xaos və böhrandan xilas edib, vətəndaş müharibəsinin qarşısını alıb, atəşkəsə nail olub, ölkədə siyasi sabitlik yaradıb. Heydər Əliyevin rəhbərliyi dövründə digər sahələrdə olduğu kimi, iqtisadi sahədə də genişmiqyaslı islahatlar həyata keçirilib. Ümummilli Liderin davamlı və dayanıqlı, sosialyönümlü və innovativ iqtisadiyyatın formalaşması istiqamətində həyata keçirdiyi strategiya, o cümlədən neft, aqrar islahatlar, özəlləşdirmə, regionların tarazlı inkişafı, sahibkarlığın formalaşdırılması, infrastrukturun, yeni istehsal sahələrinin yaradılması, nüfuzlu beynəlxalq maliyyə institutları ilə əlaqələrin qurulması kimi kompleks tədbirlər sonrakı illərdə Azərbaycan iqtisadiyyatının dinamik inkişafı üçün möhkəm zəmin yaradıb. Ulu Öndərin siyasi kursu hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qətiyyətlə və uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə müstəqil Azərbaycan inkişaf edir, dünyada nüfuzu artır. Azərbaycan regionun siyasi, iqtisadi və mədəni mərkəzi, beynəlxalq layihələrin təşəbbüskarı və fəal iştirakçısıdır.

Nazirliyinin Aparat rəhbəri, Müsabiqə Komissiyasının sədri Ayaz Əliyev müsabiqə barədə məlumat verib. Qeyd olunub ki, İqtisadiyyat Nazirliyi tərəfindən 13 aprel 2018-ci il tarixində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə bağlı tələbə, magistr və doktorantlar arasında elmi məqalə müsabiqəsi elan edilib. Ümumilikdə müsabiqəyə ölkəmizdə aparılan iqtisadi islahatlara, kiçik və orta sahibkarlığın inkişafına və “Made in Azerbaijan” brendinin təşviqinə dair 27 elmi məqalə təqdim olunub. Bütün elmi məqalələr İqtisadiyyat Nazirliyində yaradılmış Komissiya tərəfindən qiymətləndirilib və qaliblər müəyyənləşdirilib.

Tədbirdə qaliblər elan olunub, onlara diplomlar və mükafatlar təqdim edilib. Ümumiyyətlə isə, bütün müsabiqə iştirakçıları diplomlarla təltif olunub.

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018