"Veysəloğlu" şirkəti Bakı Mühəndislik Universiteti ilə əməkdaşlıq protokolu imzalayıb "Veysəloğlu" şirkəti Bakı Mühəndislik Universiteti ilə əməkdaşlıq protokolu imzalayıb

, baxılıb - 268 dəfə

Bakı, 10 may, SalamNews. Bakı Mühəndislik Universiteti (BMU) universitet – iş dünyası əlaqələrinin inkişafına xüsusi diqqət yetirir. Universitet yarandığı qısa müddət ərzində 20-dək şirkətlə əlaqə qurub, əməkdaşlıq edir. Mütəxəssis hazırlığında nəzəri biliklərlə yanaşı təcrübi biliklərin də xüsusi əhəmiyyəti var.

SalamNews xəbər verir ki, ölkəmizdə tanınmış, dünyanın 20-dən artıq ölkəsindən 100-dən çox fabrikindən məhsul idxal edən, eyni zamanda istehsal sahələri ilə məşğul olan və pərakəndə sektorda əhaliyə xidmət göstərən "Veysəloğlu" şirkətilə də əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən tərəflər birgə tədbirlər, treninqlər keçirəcək, universitet tələbələri şirkətdə ixtisaslarına uyğun təcrübə keçəcək, istehsalat prosesi ilə tanış olacaqlar.

Universitetin rektoru, professor Havar Məmmədov universitetin maddi-texniki bazasının müəllim heyətinin yüksək səviyyədə olduğunu, mühəndislik fakültəsi ilə yanaşı iqtisadiyyat fakültəsinin də yüksək ixtisaslı kadr hazırladığını şirkət rəhbərliyinin diqqətinə çatdırıb. Universitet rəsmisi, həmçinin hazırda universitetdə yüksək balla qəbul olunmuş tələbələrin və çox sayda Prezident təqaüdçülərinin təhsil aldığını da bildirib. Gələcək planlardan danışan rektor ölkəmiz üçün ehtiyac olan yeni ixtisaslar üzrə də kadr hazırlığının aparılacağını qeyd edib.

Şirkətin fəaliyyəti haqqında geniş məlumat verən "Veysəloğlu" Şirkətlər Qrupunun nümayəndələri əsas məqsədlərinin ölkəmizin milli iqtisadiyyatının inkişafına töhvə vermək olduğunu bildiriblər. Görüşdə bildirilib ki, bunun üçün maliyyə və texnologiyadan öncə savadlı və bacarıqlı kadrlara ehtiyac var. Kadrların hazırlanması üçün isə universitetlərlə yanaşı inkişaf etmək istəyən şirkətlərin də üzərinə məsuliyyət düşür. "Veysəloğlu" şirkəti bu istiqamətdə üzərinə düşəni missiyanı əməli fəaliyyəti ilə yerinə yetirməyə hazırdır.

 http://salamnews.org/az/news/read/270632#

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 
 

©2020