"CanSat Azərbaycan 2018" müsabiqəsinin qalibi Milli Aviasiya Akademiyasının komandası olub "CanSat Azərbaycan 2018" müsabiqəsinin qalibi Milli Aviasiya Akademiyasının komandası olub

, baxılıb - 38 dəfə

science.gov.az-dan verilən xəbərə görə,  oktyabrın 16-da Milli Aviasiya Akademiyasında "CanSat Azərbaycan 2018" model peyk müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Tədbir iştirakçıları əvvəlcə komandalar tərəfindən hazırlanan peyk modellərinin sərgisi ilə tanış olublar.

Mərasimdə Milli Aviasiya Akademiyasının rektoru, Azərbaycan Respublikası Kosmik Məsələlər üzrə Şuranın sədri, akademik Arif Paşayev, Şuranın həmsədri, Milli Aviasiya Akademiyasının aerokosmik məsələlər üzrə elmi məsləhətçisi, akademik Roald Saqdeyev, AMEA-nın prezidenti, akademik Akif Əlizadə, Təhsil naziri CeyhunBayramov, "Azərkosmos" ASC-nin sədri Rəşad Nəbiyev və başqaları iştirak ediblər.

Müsabiqənin qalibi Milli Aviasiya Akademiyasının "Envi_Sat" komandası olub. İkinci yeri Bakı Ali Neft Məktəbinin "Interstellar", üçüncü yeri isə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının "MS_U_FO" və Bakı Mühəndislik Universitetinin "Rodimus" komandaları bölüşüblər.

Sonda qalib komandalar sertifikat və müvafiq hədiyyələrlə mükafatlandırılıblar.

 

İ.Əmənullayev,
“Xalq qəzeti”

 
 
Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018