"Bir universitetin xüsusiyyəti və kafiliyi, həmin universitetin mərkəz vahidi olan kitabxanaya yanaşması ilə ölçülə bilər. "Bir universitetin xüsusiyyəti və kafiliyi, həmin universitetin mərkəz vahidi olan kitabxanaya yanaşması ilə ölçülə bilər.

, baxılıb - 410 dəfə

 

   Kitabxana, müəyyən bir sistemə görə təşkil edilən kitab və bənzər materialların toplandığı, saxlandığı, oxucu və tədqiqatçıların istifadəsinə təqdim edildiyi yerdir. Farsca ev mənasını verən "xana" sözü ilə ərəbcədə kitablar mənasına gələn "kütüb" sözlərinin birləşməsindən meydana gələn, kitab evi, kitabxana şəklində deyilən birləşmiş bir addır. Hal-hazırda yeni elmi materialların çeşidlənib çoxalması nəticəsində ortaya çıxan, davamlı nəşr, qrafik, səsli və görüntülü nəşrlərin meydana gətirdiyi kolleksiyalarda meydana gələn, bir düşüncə əzminin nəticəsi olaraq yazılmış əsərləri qorumaq, toplamaq, onları insanların faydalanmasına hazır hala gətirmək üçün qurulmuş olan kitabxanalar, edilmiş və ediləcək elmi araşdırmaları, zamanımızda və gələcək tədqiqatçıların xeyrinə ən ucuz, ən tez və asan şəkildə təqdim edilməsini təmin edir.  Kitabxanalar təhsil və tədrisə də köməkçi olurlar. İbtidai məktəbdən universitet bitirənədək müxtəlif məktəblərdə oxuyan şagirdlər, tələbələr hazırlanmasında əmək sərf edən müəllimlər, elmi və texniki inkişafları təqib edən kəslər də kitabxanalardan faydalanırlar. Abbasilər dövründə Bağdadda "Beytül-Hikmə" adında dünyanın ən böyük kitabxanası qurulub. İçərisində 1 milyondan çox kitab mövcud idi. XV əsrdən etibarən Avropada bəzi elmi və texniki inkişaflar başlayınca əndəlüslü müsəlmanlardan mətbəəni alıb inkişaf etdirən avropalılar kitab nəşrinə əhəmiyyət verdilər. Bu səbəbdən kitabxanalar da sürətlə yayıldı. XVII və XVIII əsrdə böyüyən xüsusi kolleksiyalar Fransada Bibliotheque National, İngiltərədə British Museum, ABŞ-ın Vaşinqton şəhərində Konqres Kitabxanası (Library of Congress) və Seattle Xalq Kitabxanası kimi dünyanın ən zəngin kitabxanaları ortaya çıxdı. Moskvadakı Lenin Kitabxanası isə 1917-ci ildə qurulub. Vaxt keçdikcə bütün ölkələrdə milli kitabxanalar və universitet kitabxanaları quruldu. Kitabxanaların universitet üçün nə qədər əhəmiyyətli bir ünsür olduğunu əks etdirməsi baxımından, bu mövzuda maraqlı fikirlərdən bəzilərini bu yazımda qeyd etmək istəyirəm. 

   Elm adamlarının yaxşı tanıdığı Chicago Universiteti rektorlarından Harperin 1903-cü ildə verdiyi bir açıqlamadakı "Kitabxana universitetin ürəyidir" ifadəsi, kitabxananın universitet üçün nə qədər dəyərli olduğunu əks etdirir.
    İngiltərədə bütün universitetlərin kitabxanalarının inkişaf etdirilməsində əməyi olan "University Grant Committee"nin 1921-ci ildə hazırladığı bir hesabatda universitet kitabxanasının əhəmiyyəti belə ifadə olunur: "Bir universitetin xüsusiyyəti və kafiliyi, həmin universitetin mərkəz vahidi olan kitabxanaya yanaşması ilə ölçülə bilər. Biz universitetlərdə kitabxanaların inkişaf etdirilməsini həyati əhəmiyyət kəsb edən ehtiyac kimi görürük".

 

 

   Ölkəmizdə sovet dövründə universitetlərin zəngin kitabxanaları olub. Müstəqillik dövründə də bu sahəyə dövlət tərəfindən xüsusi diqqət var. Xüsusən, elektron kitabxanaların sayı gündən-günə artır və zənginləşir. Dövrümüzdə abituriyentlərin universitet seçimində kitabxananın xüsusi rolu var. Onlar savadlı kadr olmaq üçün dərs vəsaitinin (kitabın) əhəmiyyətini dərk edirlər. Bu səbəbdən öndə gələn universitetlərimiz kitabxanalarını zənginləşdirirlər. Azərbaycanda da universiterlərin kitabxanaları müasirliyi və zənginliyi ilə seçilməkdədir.

     Müasir və zəngin kitabları olan kitabxanaya sahib universitetlərdən biri də Bakı Mühəndislik Universitetidir. Universitetin kitabxanasında müxtəlif dillərdə 100 mindən çox kitab, 2 mindən çox  tezis, 5000 ədəd jurnal, abunəliyi davam edən onlarla jurnal mövcuddur. Bununla yanaşı, 3 milyondan çox E-kitab, 20 min E-jurnal, üzvlüyü davam edən verilənlər bazası istifadəyə açıqdır. E-universitet sisteminin tətbiqi sayəsində tələbə və müəllim heyəti elektron resurslardan asanlıqla istifadə edirlər. Universitetin müəllim və tələbələrinə təqdim edilən elektron resursların istifadə qaydaları haqqında kitabxanaçılar, əlaqədar sahələrdə mütəxəssisləşmiş müəllimlər və təqdim edilən elektron resursların nümayəndələri müəyyən vaxtlarla seminarlar verirlər. Avtomatlaşdırılmış Sistem sayəsində kitabxanda abunəlik, elektron axtarış, növbəyə durmaq, onlayn sifariş, kitabxana xidmətləri statistikası, fondun izlənməsi və s. kimi xidmətlər elektron olaraq həyata keçirilir. Universitetinin kitabxanasında olan elmi jurnalı və digər nəşrləri univesitetin web səhifəsində (http://www.beu.edu.az/) istifadəyə açıqdır.

BMU   Mətbuat xidməti

Ceyhun Vəliyev

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 
 

©2017