"Azneft" İstehsalat Birliyi  ilə əməkdaşlıq görüşü "Azneft" İstehsalat Birliyi ilə əməkdaşlıq görüşü

, baxılıb - 644 dəfə

Bakı Mühəndislik Universitetinin Müəssisələrlə Əlaqələr və Karyera Departamentinin təşkilatçılığı ilə "Azneft" İstehsalat Birliyi arasında birgə əməkdaşlıq çərçivəsində görüş keçirildi. Görüşdə "Azneft" İstehsalat Birliyinin İnsan Resurları şöbəsinin rəisi Pərviz Qasımov və mütəxəssisi Zərbəli Badamov iştirak etdi.

Rektor, Professor Havar Məmmədov universitet haqqında ətraflı məlumat verərək bildirdi ki, “universitetdə müasir texnologiyalı sənaye müəssisələrində işləmək bacarığında olan kadr hazırlığı həyata keçirilir. Gənc və müasir elmi bilikli akademik heyətin, maddi-texniki bazanın olması və sənaye-universitet əlaqələrinin düzgün qurulması kadr hazırlığında uğurumuzun əsasını təşkil edir”. Rektor, mövcud ixtisaslar və gələcəkdə ölkəmiz üçün vacibliyi nəzərə alınaraq açılacaq ixtisaslar haqqında da ətraflı məlumat verdi.

Qəbula görə təşəkkürünü bildirən Pərviz Qasımov insan resurslarının gəncləşdirilməsinin «Azneft» İstehsalat Birliyində prioritet məsələlərdən olduğunu qeyd edərək gənc nəslin keyfiyyətli, beynəlxalq standartlara uyğun təhsil alması, peşəkar kadrların hazırlanması istiqamətində şirkətdə mühüm layihələrin həyata keçirildiyini vurğuladı. Daha sonra birliyin hal hazırda gənc mütəxəssislər layihəsi haqqında ətraflı məlumat verdi BMU tələbələrinində bu layihədə iştirak etməsində maraqlı olduqlarını qeyd etdi.

Görüşdə Müəssisələrlə Əlaqələr və Karyera Departamentinin direktoru dos.Təyyar Mustafayev və mütəxəssis Gülçöhrə ibrahimova da iştirak etdi.

Qeyd edək ki, SOCAR-ın ARDNŞ-nin "Azneft" İstehsalat Birliyi Azərbaycanda 34 neft-qaz yatağının işlənməsini həyata keçirir. Bu yataqlardan 20-si quru ərazilərində, 14-ü isə Xəzər dənizinin Azərbaycana məxsus sektorunda yerləşir. Uzun illər ərzində toplanmış nəzəri-praktiki biliklər sayəsində "Azneft" İB-nin mütəxəssisləri təkcə Azərbaycanda deyil, həm də dünyanın bir çox ölkələrində neft sənayesinin yaradılmasında və inkişafında böyük xidmətlər göstərmişdir.

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018