"Azersun Holding" MMC -də səmərəli görüş "Azersun Holding" MMC -də səmərəli görüş

, baxılıb - 909 dəfə

1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir. "Azersun Holding"MMC, tərkibində fəaliyyət göstərən zavodların güclü istehsal potensialı ilə yanaşı geniş ixracat şəbəkəsinə sahibdir. Sahib olduğu şirkət idarəçilik prinsipləri, müştəri məmnuniyyəti, keyfiyyət təminatı, sosial məsuliyyət layihələri və ətraf mühiti qoruma prinsipləri ilə xalqa xidmət etməkdədir. Bakı Mühəndislik Universiteti şirkət idarəçilik prinsipləri ilə xidmət göstərən şirkətlərlə əməkdaşlığa önəm verir. Müəssisələrlə Əlaqələr və Karyera departamenti direktoru dos.Təyyar Mustafayev mütəxəsisləri Gülçöhrə İbrahimova, Sahilə Daşdəmirova ilə Azərsun Akademiyası direktoru Cəlal Eynullayev və Performans Dəyərləndirmə, Tədris və İnkişaf  şöbə müdüri Pərviz Hətəmov arsında görüş keçirildi. Görüşdə mövcud vakant yerlər, məzunlarımızın və tələbələrimizin bu vakant yerlərə cəlb edilməsi, istehsalat təcrübəsi keçmələri üçün müvafiq proqram hazırlanması, tələbələrin və müəllim heyətinin şirkət gəzintisi, müəssisələrin aparıcı mütəxəsisləri tərəfindən müxtəlif səhələrdə müvafiq dərslərin verilməsi (master –klass şəklində)  mövzusunda müzakirələr aparıldı. "Azersun Holding" MMC işçiləri arasında çoxsaylı məzunlarmız var. İşçilərini inkişaf etdirən və işçiləri ilə birgə inkişaf edən bir qurum olması məzunlarımızında yüksək marağına səbəb olur. 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018