"ASAN xidmət" könüllüləri Bakı Mühəndislik Universitetində "ASAN xidmət" könüllüləri Bakı Mühəndislik Universitetində

, baxılıb - 45 dəfə

Xırdalan, 19 sentyabr, Ətrabə Rzayeva, AZƏRTAC

"ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərən bir qrup könüllü Bakı Mühəndislik Universitetində (BMU) olub.

AZƏRTAC xəbər verir ki, BMU-nun tədris və laboratoriya resursları, həmçinin texnoparkı ilə tanış olan könüllülər universitetin mexanika və kimya mühəndisliyi laboratoriyalarında müşahidələr aparıb, buradakı müxtəlif təyinatlı cihazların iş prinsipi ilə maraqlanıblar.

Texnoparkın direktor müavini, dosent İsa Qasımovun təqdimatında işgüzar həyatda uğur qazanmağın yolları ilə bağlı metod və tövsiyələr dinlənilib.

Qeyd edək ki, bu cür fəaliyyətlər könüllülərin fərdi inkişafına yönəlmiş yanaşmaları əks etdirir. İşgüzar gəzinti və görüşlərdən məmnun qalan "ASAN xidmət" könüllüləri gələcəkdə Texnoparkla yaxından əməkdaşlıq etmək istədiklərini bildirdilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

https://azertag.az/xeber/_quotASAN_xidmet_quot_konulluleri_Baki_Muhendislik_Universitetinde-1195853

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018