"ASAN xidmət" könüllüləri Bakı Mühəndislik Universitetində "ASAN xidmət" könüllüləri Bakı Mühəndislik Universitetində

, baxılıb - 260 dəfə
    "ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərən bir qrup könüllü Bakı Mühəndsilik Universitetndə oldular. 
Mütəmadi olaraq müəxtəlif sahələrə maraq göstərən və araşdırmalar aparan könüllülər bu dəfə BMU-nun tədris və laboratoriya resursları, həmçinin Texnoparkı ilə tanış oldular. Könüllülər Universitetin mexanika və kimya mühəndisliyi laoratoriyalrında müşahidələr apardılar və Universitetin əməkdaşlarının köməyi ilə buradakı müxtəlif təyinatlı cihazların iş prinsipləri ilə yaxından tanış oldular. Texnoparkda isə, startap komandaları və onların fəaliyyət istiqamətləri maraqlanan könüllülər həm də gələcək əməkdaşlıqlar üçün səmərəli işgüzar tanışlıqlar qazandılar. 
Tanışlıq görüşlərinin sonunda isə, Texnoparkın direktor müavini dosent İsa Qasımovun təqdimatında işgüzar həyatda uğur qazanmağın yolları ilə bağlı metod və tövsiyələri dinlədilər.
     Qeyd edək ki, bu cür fəaliyyətlər könüllülərin fərdi inkişafına yönəlmiş yanaşmaları əks etdirir. İşgüzar gəzinti və görüşlərdən məmnun qalan  "ASAN xidmət" könüllüləri gələcəkdə Texnoparkla yaxından əməkdaşlıq etmək istədiklərini bildirdilər. 
Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018