İqtisadiyyat və idarəetmə fakültəsi

       İqtisadiyyat və idarəetmə fakültəsi Bakı Mühəndislik Universiteti fəaliyyətə başladığı dövrdən - 2016-cı ildən fəaliyyət göstərir.

     Hazırda fakültədə 7 bakalavr, 7 magistratura, 6 MBA və 2 doktorantura ixtisasları üzrə 1882 nəfər tələbə təhsil alır. Tədris bakalavr ixtisaslarında həm Azərbaycan, həm də ingilis dilində aparılır. Fakültədə 99 nəfər professor-müəllim və 8 nəfər texniki-köməkçi heyət olmaqla, 107 əməkdaş çalışır. Fakültənin pedaqoji heyətinə öz sahələri üzrə respublikada tanınmış təcrübəli müəllimlərlə yanaşı, gənc, dinamik, Azərbaycanda və xaricdə müxtəlif səviyyələr üzrə təhsil almış və ya beynəlxalq təcrübə keçmiş kadrlar da daxildir.

     Fakültənin maddi-texniki bazası keyfiyyətli kadr hazırlığının həyata keçirilməsini təmin edir. Buraya texniki avadanlıqlarla təchiz olunmuş auditoriyalarla yanaşı, müasir tipli laboratoriyalar da - “Bank of Baku” və 2 informatika laboratoriyası daxildir.

    Müasir tələblərə cavab verən İqtisadiyyat və idarəetmə fakültəsindəki şəffaf mühit və təcrübəli kollektiv respublikada bu sahədə ixtisaslı kadrların yetişdirilməsinə imkan yaradır. Fakültədə iqtisadi təhsilin təşkili və idarəolunması sahəsində dəyərli təcrübə formalaşıb. BMU-da yaradılan mövcud şərait gənc iqtisadçıların hazırlanması prosesinin daha yüksək səviyyədə həyata keçirilməsinə imkan verir.

2016-cı ildən Biznesin idarə edilməsi, Sənayenin təşkili və idarə olunması, Maliyyə, Mühasibat uçotu və audit, Dövlət və bələdiyyə idarəetməsi, Dünya iqtisadiyyatı və Beynəlxalq münasibətlər ixtisaslarında Azərbaycan və ingilis dilləri üzrə bakalavr, Biznesin təşkili və idarə edilməsi, İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi, Maliyyə menecmenti, İstehsal sferasında mühasibat uçotu və audit, Dövlət strukturlarında menecment, Beynəlxalq iqtisadi münasibətlər, Dünya siyasəti və Beynəlxalq münasibətlər və diplomatiya ixtisasları üzrə magistr, Biznesin təşkili və idarə edilməsi, İnsan resurslarının idarə edilməsi, Marketinq, Menecment, Maliyyə və Mühasibat uçotu və audit ixtisaslarında Azərbaycan və ingilis dilləri üzrə MBA, Müəssisələrin təşkili və idarə olunması və Sahə iqtisadiyyatı ixtisasları üzrə doktorantura hazırlığı aparılır.

Əməkdaşlarımız

Nəsimi Kamalov

Vəzifə: Dekan

Zamin Babaşov

Vəzifə: Tədris işləri üzrə Dekan müavini

İntiqam Bəşirov

Vəzifə: Elmi işlər üzrə Dekan müavini

Firudin Sultanov

Kafedra: Maliyyə və mühasibat

Vəzifə: Kafedra müdiri

Samir Quliyev

Kafedra: Dövlət və bələdiyyə idarəetməsi

Vəzifə: Kafedra müdiri

Rasim Abutalıbov

Kafedra: Biznesin idarə edilməsi

Vəzifə: Kafedra müdiri

Həzi Eynalov

Kafedra: İqtisadiyyat

Vəzifə: Kafedra müdiri

Saleh Məmmədov

Kafedra: Maliyyə və mühasibat

Vəzifə: Professor

Elçin Süleymanov

Kafedra: Maliyyə və mühasibat

Vəzifə: Dosent

Fərid Cəbiyev

Kafedra: İqtisadiyyat

Vəzifə: Dosent

Ağamir Əsgərov

Kafedra: Maliyyə və mühasibat

Vəzifə: Dosent

Anar Rza

Kafedra: Biznesin idarə edilməsi

Vəzifə: Dosent