BMU-nun komandaları qələbə qazanıb

25 Noyabr 2019
BMU-nun komandaları qələbə qazanıb

Bakı Mühəndislik Universitetinin (BMU) tələbələrindən ibarət komandalar “StartupFest 2019” çərçivəsində keçirilən “Startup Weekend Baku Fintech” tədbirində uğur əldə edib.  Belə ki, “The Banky” komandası ən yüksək bal toplayaraq I yerə, “İrfan Təhsil Bank Xidməti” komandası isə II yerə layiq görülüb.

Tədbir ümumilikdə 54 saat davam edib. Bu müddət ərzində iştirakçılar “Startap nədir?”, “Startap ideyasını necə formalaşdırmaq olar?”, “Bazar araşdırması”, “Biznes model strukturu: biznes modeli, biznes plan”, “Təqdimat bacarıqları” kimi əsas təşəbbüskarlıq anlayışları ilə tanış olublar. Eyni zamanda, iştirakçılar komandalara bölünərək onlara həvalə edilmiş layihələr üzrə “Hackathon” zamanı qazandıqları bilikləri tətbiq ediblər.

Qeyd edək ki, birincilik qazanan komanda “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində inkubasiya proqramı keçmək və “Startup Turkey” tədbirinə qatılmaq şansı əldə edib. 2-ci və 3-cü yerdə qərarlaşan  komandalar isə “Bank Respublika” ASC və “Topla.az”dan pul mükafatları qazanıb.

İctimaiyyətlə əlaqələr şöbəsi

 

Digər xəbərlər