"Agile DevOps layihəsinin uğuru üçün sous” mövzusunda təlim

13 Dekabr 2019
"Agile DevOps layihəsinin uğuru üçün sous” mövzusunda təlim

 

Hörmətli tələbələr!

 Bakı Mühəndislik Universitetinin  (BMU) Müəssisələrlə əlaqələr və karyera departamentinin təşkilatçılığı ilə ATL Academy tərəfindən 17 dekabr saat 12:00-da "Agile DevOps layihəsinin uğuru üçün sous” mövzusunda təlim keçiriləcək. BMU-da baş tutacaq təlimdə iştirak edərək aşağıda qeyd olunan mövzularla bağlı suallarınıza cavab tapa və mütəxəssisimizdən rəy ala bilərsiniz:

Proqram təminatının əsasları;
2. Scrum-ı necə etməli;
3. DevOps Agile inkişafı üçün son hədəf.

Təlimdə həm göstərilmiş mövzular barədə danışılacaq, həm də komandalar şəklində tapşırıq verilərək mövzu əsasında kiçik yarış keçiriləcəkdir. Qalib iştirakçılar ATL Academy ofisinə dəvət olunaraq hədiyyələrlə mükafatlandırılacaqdır.

Təlimdə spiker kimi çıxış edəcək mütəxəssis hazırda ATL Tech şirkətinin Texnologiyalar üzrə direktoru kimi fəaliyyət göstərən, 20 ildən artıq İT sahəsində iş təcrübəsinə sahib Vurğun Hacıyevdir.

Qeydiyyat üçün linkə keçid edin: https://forms.gle/nojcvn6J3EtNZH8n7

ATL Academy şirkəti rəqəmsal transformasiya, rəqəmsal strateji inkişaf, Süni İntellekt, proqram təminatlarının hazırlanması və inkişafı, sistemlərin inteqrasiyası, texniki layihələrin idarəedilməsi üzrə ixtisaslaşmış 10 ildən çox təcrübəsi olan ATL Tech şirkəti tərəfindən təsis edilmişdir.

ATL Academy proqramlaşdırma sahəsini hərtərəfli əhatə edən və texnologiya sənayesinin tələblərinə cavab verən innovativ təhsil müəssisəsidir. Akademiyada Mühəndislik məktəbinin “Code School”, “Product School”, “Cloud Computing School” istiqaməti tədris olunur. Code School daxilində Software Development Fundamentals, Backend və Frontend Software Development proqramlaşdırma təhsili üzrə ixtisaslaşmış bootcamp və seçməli dərslər formatında tədris həyata keçirir. Təlimlər geniş təcrübəyə malik mütəxəssislər tərəfindən hazırlanır və tələbələrə nəzəri biliklərlə yanaşı, həm də praktiki biliklər öyrədilir. Praktiki vərdişlər ATL Tech şirkətinin təcrübəli komandası ilə həyata keçirilir.

 

Digər elanlar