BMU tələbələri üçün yazı müsabiqəsində iştirak fürsəti

24 Yanvar 2020
BMU tələbələri üçün yazı müsabiqəsində iştirak fürsəti

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi, Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə 2016-cı il 1-4 aprel tarixində Azərvbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərin 4-cü ildönümünə həsr olunmuş “Azərbaycan naminə” adlı yazı müsabiqəsi elan edir.

Müsabiqədə Bakı Mühəndislik Universitetinin tələbələri iştirak edə bilər. Yazı müsabiqəsi “Vətənpərvərlik və şəhidlik zirvəsi”, “Azərbaycançılıq məfkurəsi”, “Mənəvi dəyərlərimiz” mövzuları üzrə keçiriləcək.

Müsabiqədə iştirak etmək istəyən tələbələr 10 mart 2020-ci il tarixinə qədər esseləri (Azərbaycan dilində) və özləri haqqında məlumatı [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Müsabiqənin qalibləri pul ilə mükafatlandırılacaq.

Digər elanlar