BMU-İNHA ikili diplom proqramı barədə canlı məlumat sessiyası

03 Avqust 2023
BMU-İNHA ikili diplom proqramı barədə canlı məlumat sessiyası

Bakı Mühəndislik Universiteti (BMU) və Koreya Respublikasının İNHA Universiteti arasında ikili diplom proqramı barədə maarifləndirmə işləri davam etdirilir. Bu çərçivədə proqramın təklif etdiyi imkanlar haqda daha dolğun informasiya əldə etmək üçün 7 avqust saat 15:00-da BMU-nun rəsmi feysbuk səhifəsi üzərindən baş tutacaq canlı məlumat sessiyamıza qatıla bilərsiniz.

Sessiya zamanı proqram üzrə ali təhsilin bakalavriat səviyyəsində 2023/2024-cü tədris ili üçün qəbulu həyata keçirilən ixtisaslar, qəbul balları, daxili imtahan  və s. barədə məlumat veriləcək, suallar cavablandırılacaq.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

 

Digər elanlar