Əziz və Hörmətli Məzunlarımız!
İxtisasınıza uyğun təcrübə və iş imkanlarını əldə etməyinizdə sizə köməklik göstərmək məqsədi ilə Online Müraciət Formasını xidmətinizə təqdim edirik.
Müəssisələrlə Əlaqələr və Karyera Departamentinə şirkətlər tərəfindən təklif olunan vakansiyalara müraciət etmək üçün Online Müraciət Formasını doldurmağınızı xahiş edirik.
İşə müraciət etmək üçün Online Müraciət Formasını uğurla doldurduğunuzda, sizin elektron ünvanınıza link göndəriləcəkdir. Bu linkin köməkliyi ilə siz istədiyiniz zaman Online Müraciət Formasında hər hansı dəyişikliklər edə və ya başqa vakansiyalara müraciət edə bilərsiniz.
QEYD:
• Xahiş edirik, İşə müraciət etmək üçün Online Müraciət Formasında bütün önəmli (*) bölmələri dəqiqliklə doldurasınız.İşə müraciət etmək üçün Online Müraciət Formasında ətraflı və dəqiq məlumat qeyd etməyiniz sizin müsahibəyə dəvət olunmaq şansınızı artırar.
• Eyni e-mail ünvanı və/və ya mobil nömrə ilə bir neçə dəfə qeydiyyatdan keçmək mümkün olmayacaq!
• Əgər müraciət formanızın linkini tapa bilmirsinizsə, Linkin bərpası düyməsinə klikləməyinizi xahiş edirik.